-
- 1-09-2023, 16:05
- 951
"Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır" - Türkiyəli GENERAL
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindən Azərbaycan bölmələrinin yerləşdiyi mövqeyi atəşə tutub. Bu zaman silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından istifadə edilib.
Ermənilərin bu təxribatı nəticəsində 3 əsgərimiz yaralanıb.
Mövzu ilə bağlı News24.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bidirib ki, bu gün baş verən təxribatlar Ermənistanın sülh prosesinə təkan vermək və sülh müqaviləsi imzalamaq fikrinin olmadığını göstərir.
"Bir tərəfdən sanki orada bir "böhran" varmış kimi dünyanı ayağa qaldırmaq üçün dezinformasiyalar yaymaq, həmçinin Azərbaycan sərhədlərində təxribatlara əl atmaq qəbul edilə bilməz. 3 ilə yaxın vaxt ərzində Azərbaycanın diplomatiyaya, sülhə dair atdığı addımlara baxmayaraq təxribatların sayının günbəgün artması onu göstərir ki, bu problemi yalnız dəmir yumruq həll edə bilər”.
General hesab edir ki, Azərbaycan beynəlxalq hüququn tanıdığı haqqı ilə "Dəmir Yumruq 2 əməliyyatı" sayəsində Ermənistan və havadarlarına bir mesaj verməlidir: “Eyni zamanda problemi birdəfəlik həll etməlidir. Ermənilər sərhədləri, limitləri aşmamalı idi. Unutmamalıdırlar ki, Azərbaycan hər an layiqli cavabla onları susdurmağa qadirdir. Türkiyə hər zaman olduğu kimi haqq savaşında Azərbaycanın yanındadır. Təxribat nəticəsində yaralanan 3 yaralı əsgərimizə Allahdan şəfa diləyirəm”
Ayşən Rəhim