Avtobusla qatar toqquşdu: 7 nəfər öldü
    • 2-09-2023, 10:16
    • 491

Avtobusla qatar toqquşdu: 7 nəfər öldü

Çilinin Bio-Bio bölgəsində ölümlə nəticələnən qəza baş verib. 

News24.az xəbər verir ki, qəza zamanı avtobusda 14 nəfər olub. Qatarla toqquşmadan sonra sərnişinlərdən beşi dərhal, daha ikisi isə aldığı xəsarətlərdən bir qədər sonra dünyasını dəyişib. 

İlkin məlumatlara görə, hadisənin səbəbkarı qatarın yaxınlaşdığı anda relsləri keçməyə tələsmiş avtobus sürücüsüdür. 

Avtobus sürücüsü sağ qalıb və həbs edilib. 

Faktla bağlı araşdırma aparılır.

Aynurə