Türkiyədə avtobus aşdı: 1 ölü, 54 yaralı

Türkiyədə avtobus aşdı: 1 ölü, 54 yaralı Hadisə
Türkiyədə turistləri daşıyan avtobus aşıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərində baş verib.

İdarəetməni itirən avtobus aşaraq su kanalına düşüb.

Avtobusda 52 sərnişin və 3 ekipaj üzvü olmaqla 55 nəfər olub. Qəza nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.