“Cahangir Əsgərov vəzifədə olanda mən dəfələrlə..." - Aqil Abbas
    • 2-09-2023, 15:17
    • 655

“Cahangir Əsgərov vəzifədə olanda mən dəfələrlə..." - Aqil Abbas

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cahangir Əsgərovun “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Cahangir Əsgərovun AZAL-ın prezidenti vəzifəsindən kənarlaşdırılması bu qurumda nələri dəyişəcək?

Millət vəkili Aqil Abbas News24.az-a açıqlamasında bildirdi ki, C. Əsgərovun AZAL-ın prezidenti vəzifəsindən azad edilməsi nəyisə dəyişməyəcək.

“Cahangir Əsgərov vəzifədə olanda mən həm Milli Məclisdə, həm də mətbuatda dəfələrlə onun fəaliyyətini tənqid etmişəm. Amma inanmıram ki, onun kənarlaşdırılması ilə AZAL-da nəsə dəyişsin”, - deputat qeyd edib.

Akqabay