Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim rəhbərlik edir?
    • 24-01-2023, 12:04
    • 316

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim rəhbərlik edir?

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb. 

News24.az-ın məlumatına görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir. 

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.


Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi. /Qaynarinfo/