Konor həbs olundu
    • 12-03-2019, 12:26
    • 1 251

Konor həbs olundu

İrlandiyalı MMA döyüşçüsü Konor MakQreqor həbs olunub.

News24.az xəbər verir ki, döyüşçü Florida ştatının Mayami-Biç şəhərində oğurluq etdiyinə görə saxlanılıb.

MakQreqorun həbsinə səbəb onu görmək üçün qaldığı otelin qarşısına gələn fanatının telefonunu əlindən alıb sındırması, qalıqlarını isə özü ilə aparması olub.

Zərərçəkən ona dəyən hadisə nəticəsində 1000 dollar ziyana düşdüyünü açıqlayıb.

Konor MakQreqor hazırda Mayami-Deyd həbsxanasında saxlanılır.

Döyüşçünün özü baş verən hadisəni kiçik mübahisə kimi dəyərləndirib.