Roma Papası bu ölkəyə ÇAĞIRIŞ ETDİ
    • 2-09-2023, 20:43
    • 159

Roma Papası bu ölkəyə ÇAĞIRIŞ ETDİ

Roma Papası Fransisk Monqolustana gəlib və çıxışında ölkə hakimiyyətini dinc gələcək qurmağa çağırıb.

News24.az  xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb. 

Asiyadakı bu ölkəyə səfəri zamanı Fransisk Monqolustan hakimiyyət orqanlarına müraciət edərək, “Tanrı çoxsaylı münaqişələr nəticəsində viran qalmış torpaqda vaxtilə “pax mongolica” (“Monqol sülhü”) adlandırılan şeyin bərpa olunmasını nəsib etsin” deyib. 

Daha sonra Papa Ulan-Batordakı Müqəddəs Pyotr və Pavel kilsəsində yepiskoplar və ruhanilərlə görüşüb. Tədbirdə keşişlər, missionerlər, rahiblər də daxil olmaqla 2000-ə yaxın insan iştirak edib.

Günəş Mərd