-
- 2-09-2023, 21:45
- 283
"Facebook" və "Instagram" ÖDƏNİŞLİ OLACAQ?
ABŞ-nin “Meta” şirkəti “Facebook” və “Instagram”ın pullu versiyalarını təqdim edə bilər.
News24.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrdən bildirilib.
Ödənişli “Facebook” və “Instagram” istifadəçilərə reklamlara baxmadan sosial şəbəkələrdən istifadə etməyə imkan verəcək.
İlkin olaraq Avropa ölkələri üçün nəzərdə tutulan yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi və ödənişin nə qədər olacağı hələ məlum deyil.