Türk qəbiristanlığına hücüm edildi: MƏZARLAR DAĞIDILDI - FOTO
    • 3-09-2023, 20:37
    • 191

Türk qəbiristanlığına hücüm edildi: MƏZARLAR DAĞIDILDI - FOTO

Qərbi Trakyada Gümülcine yaxınlığındakı Narlıköydə türk qəbiristanlığına hücum edilib.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslərin hücumu nəticəsində 20-yə yaxın məzar daşı zədələnib.

Qəbiristanlığı ziyarət edənlər hücumla bağlı yerli icra orqanları məlumatlandırıb. 

Qəbiristanlığı ziyarət edən Qərbi Trakya Türk Azlığının Məsləhət Şurasının sədri, İbrahim Şərif sosial media hesabındakı paylaşımında “Narlıköydə qohumumuza məxsus qəbiristanlıqda iyirmiyə yaxın məzar naməlum şəxslər tərəfindən dağıdılıb", - deyə qeyd edib.  

Dostluq Bərabərlik Sülh Partiyasının (DEB) yaydığı bəyanatda hadisəni törədənlərin səlahiyyətli orqanlar tərəfindən tez bir zamanda tapılması və hesabat vermələri tələb edilib.

Günəş Mərd