ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edənlər saxlanıldı – VİDEO
    • 21-08-2018, 19:00
    • 1 092

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edənlər saxlanıldı – VİDEO

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edənlərin şəxsiyyəti müəyyən edilib. Onların Ahmed Çelik və Osman Gündaş olduğu bildirilir.

News24.az-ın məlumatına görə,saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər.

Hücum edən şəxslər maşınlarının nömrə nişanının kameralar tərəfindən qeydə alınmaması üçün LED lampalarla işıqlandırdıqlarını etiraf ediblər.
Hadisəni törədənlərin qısa zamanda tapılmasına görə ABŞ səfirliyi Türkiyə polisi və hökümətinə təşəkkür edib.

Xatırladaq ki, dünən ABŞ-ın Anlaradakı səfirliyinə silahlı basqın edilmişdi.

Səfirliyə hücum edənlər 6 dəfə atəş açıb. Onlardan üçü binaya, üçü isə dəmir qapıya dəyib.