Bakıda kollec yataqxanasında YANĞIN: 4 NƏFƏR TƏXLİYƏ EDİLDİ
    • 4-09-2023, 11:23
    • 244

Bakıda kollec yataqxanasında YANĞIN: 4 NƏFƏR TƏXLİYƏ EDİLDİ

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.