8 martda köçkünlərin yataqxanasında növbəti yanğın
    • 8-03-2019, 15:10
    • 1 361

8 martda köçkünlərin yataqxanasında növbəti yanğın

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.Az-a verilən məlumata görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.