Türkiyədə inflyasiya avqust ayında kəskin sürətlənib
    • 4-09-2023, 15:21
    • 273

Türkiyədə inflyasiya avqust ayında kəskin sürətlənib

Türkiyədə avqustda inflyasiya  kəskin surətdə sürətlənərək illik ifadədə 58,9%-ə çatıb və analitiklərin proqnozlarını üstələyib. İstehlak qiymətlərinin bu cür artması Türkiyə Mərkəzi Bankının inflyasiya ilə mübarizəsində ciddi problem yaradır.

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Ərzaq və enerji qiymətlərinin artması fonunda inflyasiya sürətlənib. Aylıq qiymət artımı 9,1% təşkil edib. Baza indeksinin illik artımı dəyişkən maddələr nəzərə alınmadan 64,9% təşkil edib. Analitiklər inflyasiyanın 55,9%-i keçməyəcəyini ehtimal edirdilər.

Analitiklər qeyd edirlər ki, Türkiyə Mərkəzi Bankının (TCMB) ucuz kreditləşməni ləngitmək siyasəti hələ də nəzərəçarpacaq nəticələr verməyib. 2023-cü ildə lirənin devalvasiyası da inflyasiya risklərini özündə saxlayır.

Türkiyə hökuməti inflyasiya ilə mübarizə üçün bütün lazımi tədbirləri görəcəyinə söz verib. Bununla belə, analitiklər hesab edirlər ki, CBT-nin ilin sonuna qədər inflyasiyanın 58%-ə endirilməsi məqsədinə nail olunmaya bilər.

Avqustun ortalarında türk lirəsi bütün zamanların ən aşağı həddinə çatıb.

Aydan