Ramzan Kadırovun qadağasına baxan olmadı - Toy kortejinə 14
    • 4-09-2023, 16:51
    • 455

Ramzan Kadırovun qadağasına baxan olmadı - Toy kortejinə 14 "Rolls Royce" qoşuldu - VİDEO

Çeçenistanda bir neçə bahalı avtomobilin toy korteji lentə alınıb.

News24.az lent.az-a istinadla bildirir ki, videonu paylaşan şəxs, “Qeyri-adi heç nə yoxdur, sadəcə olaraq dəyəri bir milyard rubldan çox olan avtomobillərdən ibarət çeçen toy korteji”, - deyə qeyd edib.

Videogörüntülərə görə, toy Qroznıdakı Safiya banket zalında keçirilib. Darvazadan müxtəlif bahalı maşınlar bir-bir daxil olub. Videonun müəllifi kortejdə olan 14 “Rolls Royce” avtomobilini, həmçinin bir neçə “Mercedes-Benz”, “Toyota” və “Ford” avtomobillərini sayıb.