Reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar - FOTO - VİDEO
    • 12-03-2019, 16:00
    • 968

Reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar - FOTO - VİDEO

Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

News24.Az-ın məlumatına görə, təlimlərin niyyətinə uyğun olaraq ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.