"Heç nə soruşmadan yalan informasiya yazıblar"- Rövşanə
    • 4-09-2023, 22:04
    • 632

"Heç nə soruşmadan yalan informasiya yazıblar"- Rövşanə

Xəbər verdiyimiz kimi, bu gün bəzi saytlarda aparıcı Rövşanə Ağasəfqızının MTV-də işə başlaması barədə məlumatlar yayılıb.

Lakin sonradan Rövşanə Ağasəfqızı News24.az-la əlaqə saxlayaraq bu xəbərlərin yalan olduğunu bildirib.

"Məndən heç nə soruşmadan saytlar yalan informasiya yazıblar. Hələ düşünürəm iş barəsində. Alınsın, açıqlama verəcəm",-deyə o əlavə edib.

Qeyd edək ki, Rövşanə Ağasəfqızı "Space TV"dən işdən çıxarılıb.

Leyla SƏMƏNDƏR