Qubada maşın aşıb, ölən və yaralananlar var
    • 5-09-2023, 15:07
    • 144

Qubada maşın aşıb, ölən və yaralananlar var

Bu gün saat 03:30 radələrində Quba rayonunun Nügədi kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Nəsirov Nihad Ayaz oğlunun idarə etdiyi “Hyundai” markalı, 50-DB-152 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Səfərli İnci Elman qızı həyatını itirib, sürücü və digər sərnişin İlham Salayev isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


***

09:39

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.