Zəngilanda AĞIR QƏZA: ÖLƏN VAR
    • 5-09-2023, 11:50
    • 465

Zəngilanda AĞIR QƏZA: ÖLƏN VAR

Sentyabrın 2-də Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Ağbənd qəsəbəsində qeydə alınıb.

Belə ki, "Shagman" körpüyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü Elmi Adsalamov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirilib ki, hazırda faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.