Qəbələdə ağır qəza: biri polis olmaqla iki nəfər ölüb - FOTO/YENİLƏNİB
    • 3-05-2023, 21:08
    • 359

Qəbələdə ağır qəza: biri polis olmaqla iki nəfər ölüb - FOTO/YENİLƏNİB

Qəbələdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri - 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

19:58

Qəbələdə ağır avtomobil qəzası baş verib.


News24.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində “Tofaş” markalı avtomobil ağaca çırpılıb.

Hadisə rayonun Nohurqışlaq kənd ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, iki nəfər dünyasını dəyişib, bir nəfər ağır yaralı Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.