Azərbaycan Beynəlxalq Bankında "Qazprombank"  nümayəndələri ilə görüş keçirilib
    • 12-03-2019, 17:08
    • 896

Azərbaycan Beynəlxalq Bankında "Qazprombank" nümayəndələri ilə görüş keçirilib

Ölkəmizə işgüzar səfərdə olan Rusiya “Qazprombankı”nın nümayəndələri səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında da görüş keçiriblər.

News24.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov  qonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Bankda həyata keçirilən inkişaf tədbirlərini, qarşıya qoyulmuş yeni strateji hədəfləri diqqətə çatdırıb. Azərbaycan Beynəlxalq Bankının xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.

Öz növbəsində, “Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ölkəmizə səfər çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb. Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. “Qazprombank”ın ölkəmizdə həyata keçirmək niyyətində olduğu bir sıra layihələrdə Azərbaycan Beynəlxalq  Bankının da iştirakı imkanlarına diqqət yönəlib.

Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “Bank ABB – Moskva” ilə “Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.