Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? - VİDEO
    • 5-09-2023, 14:24
    • 425

Rəşad Dağlının ailəsinə böyük jest edən şəxs kimdir? - VİDEO

Anonim şəxs hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarına gözlənilməz jest edib. Sözügedən şəxs Rəşad Dağlının iki övladı Yusiflə Betülün oxuduğu məktəbin illik təhsil haqqını ödəyib.

News24.az xəbər verir ki, bu barədə meyxanaçının oğlu Yusif Əmirov bildirib.

Həmin şəxs kimliyinin açıqlanmasını istəməyib.

Xatırladaq ki, Rəşad Dağlı məhkəmədə açıqlaması zamanı övladlarının özəl məktəbdə oxuduğunu deyib. O ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. Daha sonra könüllü olaraq polisə təslim olub. Meyxanaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.