Olaf Şolsun reytinqi DÜŞDÜ
    • 5-09-2023, 19:43
    • 178

Olaf Şolsun reytinqi DÜŞDÜ

Almaniya kansleri Olaf Şolsun Sosial Demokrat Partiyasının (SPD) reytinqi 2021-ci ildə keçirilən federal seçkilərdən bəri ən aşağı səviyyəyə çatıb.

News24.az xəbər verir ki, Forsa sorğusunun nəticələrinə görə, hakim koalisiyanın bir hissəsi olan SPD-ni almanların cəmi 16%-i dəstəkləyir ki, bu da avqustun sonunda keçirilən sorğudan 1% azdır.

Araşdırmaya görə, müxalif CDU/CSU 27% səslə birinci, ifrat sağçı Almaniya üçün Alternativ partiyası isə 21% səslə ikincidir. 

SPD isə ilk üçlüyü tamamlayır.

Aynurə