-
- 5-09-2023, 22:38
- 184
Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi X sosial şəbəkəsində bildirib.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.