"Xutor" tunelinin çıxışında qəza BAŞ VERDİ
    • 6-09-2023, 15:11
    • 143

"Xutor" tunelinin çıxışında qəza BAŞ VERDİ

Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, nəticədə də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Bununla yanaşı, Ziya Bünyadov prospekti və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobilin qalması da sıxlığın yaranmasına səbəb olub. Hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. 

Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib.