Bu prospektlərdə qəza oldu - FOTO
    • 28-08-2023, 16:56
    • 264

Bu prospektlərdə qəza oldu - FOTO

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, bu səbəbdən “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq yaşanır. Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə qeydə alınıb. Yol-nəqliyyat hadisəsi səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. 

Yol polisi əməkdaşları hadisə yerindədirlər və hər iki yolda sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.