Azərbaycan güləşçiləri Dünya Seriyasında iştirak edəcəklər
    • 7-09-2023, 00:24
    • 201

Azərbaycan güləşçiləri Dünya Seriyasında iştirak edəcəklər

Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Dünya Seriyasının 4-cü mərhələsində iştirak edəcəklər.

News24.az "Report"a istinadən xəbər verir ki, yarış sabah Rumıniyanın Konstansa şəhərində başlayacaq.

İki gün davam edəcək Dünya Seriyasının 4-cü mərhələsində Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaqlar.