-
- 7-09-2023, 01:44
- 429
Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 373 min manat ödəniş edilib
Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 373 min manat ödəniş edilib.
News24.az "Report"a istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat ƏDV məbləği geri qaytarılıb.
Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5 %-i, nağd qaydada olduqda isə 5 %-i istehlakçılara qaytarılır.