Payız fəsli bu tarixdə Azərbaycana daxil olacaq
    • 7-09-2023, 11:40
    • 180

Payız fəsli bu tarixdə Azərbaycana daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından News24.az-a  verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. 

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.