"Arif Babayevin xeyir-duası ilə təyin olundum" - Mənsum İbrahimov
    • 7-09-2023, 12:49
    • 1 689

"Arif Babayevin xeyir-duası ilə təyin olundum" - Mənsum İbrahimov

Xalq artisti Mənsum İbrahimovun Azərbaycan Milli Konservatoriyası Muğam (xanəndə) kafedrasının müdiri vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb. 62 yaşlı xanəndə təyinatını News24.az-a təsdiqləyib.

Mənsum İbrahimov açıqlamasında bildirib ki, vəzifəyə Arif Babayevin məsləhəti ilə təyin olunub: 

Arif müəllim xeyir-duası və məsləhəti ilə bu vəzifəyə təyin olundum. İlk təbriki də Arif müəllimdən aldım. Dünən də Təyyar Bayramovla birgə Arif müəllimi evində ziyarət etdim, hallalığını, xeyir-duasını aldım. Arif müəllim kafedramızın müəllimi, professor kimi yanımızda olacaq. Bizim onun kimi ustadlara hər zaman ehtiyacımız var. O, bizim muğamımızın sütunudur. Biz də ondan öyrənmişik. Bundan sonra da kafedramızdakı ustadlarla birgə gənclərə də dəstək olacağıq".

Xatırladaq ki, Prezident mükafatçısı Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının professorudur. Bundan əvvəl Milli Konservatoriyası Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Arif Babayev olub.

Qumral Əliyeva