Şəhid Elşad Həsənovun övladı dünyaya gəldi - VİDEO
    • 7-09-2023, 17:15
    • 385

Şəhid Elşad Həsənovun övladı dünyaya gəldi - VİDEO

11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Əzizin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Ətraflı RTV-nin süjetində: