-
- 8-09-2023, 11:58
- 293
Antarktidada buzlar sürətlə əriyir – Alimlərdən həyəcan siqnalı
Alimlər Antarktidanın iqlim modellərinin proqnozlaşdırıldığı kimi iki dəfə sürətlə istiləşməsinə dair birbaşa sübutlar tapıblar.
Bu barədə “The Guardian” bildirib.
“Qitənin qərb hissəsində temperaturun kəskin artması qeydə alınıb – bölgə iqlim dəyişikliyinə ən həssas bölgə hesab olunur, çünki buzlar ərisə, dəniz səviyyəsi bir neçə metr qalxa bilər. Klimatoloqlar çoxdan qəbul ediblər ki, qütb zonaları planetin digər hissələrinə nisbətən qlobal istiləşməyə daha həssas olacaq. Ancaq əvvəllər yalnız Arktika ilə bağlı sürətlənmiş istiləşmədən danışırdılar”, -deyə məlumatda qeyd olunur.
Fransadakı İqlim və Ətraf Mühit Elmləri Laboratoriyasının alimi Mathieu Casado və həmkarları 78 buz nüvəsini tədqiq edərək, bölgədə temperaturun əhəmiyyətli dərəcədə dəyişməsini qeydə alıblar. İqlimşünaslar belə qənaətə gəliblər ki, Antarktida on il ərzində 0,22-0,32 dərəcə istiləşib./Azpostinfo/