-
- 8-09-2023, 14:06
- 439
Ermənilər Paşinyanın arvadını "YIXIB SÜRÜDÜ"
"Baş nazir Nikol Paşinyanın həyat yoldaşının Ukraynaya gedişi yersizdir, çünki rəsmi Kiyev həmişə anti-erməni siyasət yürüdüb".
News24.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifət fraksiyasının üzvü Anna Mkrtçyan deyib.
“Ukrayna 2020-ci ildə müharibədə Azərbaycanın daim yanında oldu və onun qalib gəlməsini səbirsizliklə gözləyən bir dövlət idi. Bütün ölkəsini “Qarabağ Azərbaycandır” yazılı pankartlarla dolduran bir dövlət idi”, – siyasətçi qeyd etdi.
O, vurğulayıb ki, Nikol Paşinyanın həyat yoldaşı Xankəndinin aclıqdan əziyyət çəkən uşaqlarına belə açıq rəğbət bəsləmir və onlara dəstək olmaq üçün heç bir təşəbbüs göstərmir.
Aynurə