Paşinyanın həyat yoldaşı vergidən yayındı - Haqqında iş açıldı
    • 22-12-2022, 10:23
    • 255

Paşinyanın həyat yoldaşı vergidən yayındı - Haqqında iş açıldı

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus “Mer Tiparan” MMC 2020-ci ildəki fəaliyyəti dövründə qanunla müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirməyib.

News24.az xəbər verir ki, A.Akopyan barəsində Dövlət Gəlirləri Komitəsinin hüquq şöbəsində inzibati iş başlanıb.

“Mer Tiparan” MMC-nin vergi öhdəliklərinin siyahısı rəsmi internet saytda yerləşdirilib və inzibati icraat haqqında məlumat verilib. 

Bildirişdə xüsusi olaraq qeyd edilir: “Məlumat veririk ki, vergi orqanında mövcud olan fərdi uçot kartı məlumatlarına əsasən, məbləğ 1796575 dramdır (4600 dollar)". /News.am/

Teymur Məmmədov