Finlandiya parlamenti hökumətə etimadsızlıq səsverməsini dəstəkləmədi
    • 8-09-2023, 15:09
    • 138

Finlandiya parlamenti hökumətə etimadsızlıq səsverməsini dəstəkləmədi

Finlandiya parlamenti müxalifətin irqçilik ittihamı ilə irəli sürdüyü ölkə hökumətinə etimadsızlıq votumu keçirməmək qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, parlamentin 65 üzvü etimadsızlıq səsverməsini dəstəkləyib, 106-sı isə əleyhinə çıxıb. Finlandiya parlamentində 200 deputat var.

Bundan əvvəl Yle televiziya və radio kanalı Finlandiyanın Sosial Demokrat Partiyası, Finlandiyanın Sol İttifaqı və Yaşıllar İttifaqının təmsil etdiyi müxalif siyasi qüvvələrinin ölkə hökumətinə etimadsızlıq səsverməsinə başlamaq niyyətində olduqlarını bildirmişdi. 

Müxalifət nümayəndələri hökumətin iqtidar partiyalarından olan siyasətçilərin də iştirak etdiyi bir sıra irqçilik qalmaqallarından sonra dərc olunmuş irqçilik və ayrı-seçkiliklə mübarizə planını tənqid ediblər. Sənəd nasist və kommunist simvollarının qadağan edilməsini təklif edir.

Akqabay