İran parlamenti ABŞ-ın sanksiyalarına münasibət bildirən nazirə etimadsızlıq göstərdi
    • 8-08-2018, 16:13
    • 882

İran parlamenti ABŞ-ın sanksiyalarına münasibət bildirən nazirə etimadsızlıq göstərdi

İran parlamenti kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiiyə etimadsızlıq göstərib.

Deputatlar İran iqtisadiyyatında yaranan problemi onun səriştəsizliyi ilə əlaqələndiriblər.
Səsvermədə iştirak edən 243 deputatdan 129-u nazirin əleyhinə səs verib.

İran prezidenti Həsən Ruhani üç ay ərzində Əli Rəbiini tutduğu vəzifədən azad etməlidir.

Onun tərəfdarları isə bildirib ki, nazir ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə İran iqtisadiyyatında yaranmış problemlərdən dolayı məsuliyyət daşımır.
Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə belə münasibət bildirib: “Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.

Odur ki, bu açıqlamasına görə parlamentin ona etimadsızlıq göstərdiyi ehtimal olunur.

62 yaşlı Əli Rəbii hakimiyyətiçi islahat xəttinin təmsilçilərindəndir. 1997-2005-ci illərdə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəminin müşaviri olub. 

  // İnterfaks