-
- 13-03-2019, 13:14
- 898
Neftçalada heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam etdirilir
Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Neftçala rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən News24.Az-a verilən məlumata görə, cari ilin tədbirləri başlayandan indiyə kimi 12 sahə baytarlıq məntəqəsi vasitəsilə Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 48 kənd, 3 qəsəbə və 1 şəhərində saxlanılan 42766 baş iribuynuzlu, 338 baş təkdırnaqlı heyvanda qarayara, 4765 baş iribuynuzlu heyvanda dabaq, 2848 baş sahibli itdə quduzluq, 435880 baş körpə cücədə (“Las-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 888 baş iribuynuzlu heyvanlardan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 950 baş iribuynuzlu heyvan vərəmə və 146 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub. Eləcə də iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 2100 kvadratmetr sahədə dezinfeksiya işi görülüb.
2019-cu ildə “quş qripi”nə görə keçirilən seromonitorinqlər zamanı rayonun ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından 36 baş ev quşunun qan nümunələri götürülərək Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
Mart ayının ilk günlərindən isə Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılaraq heyvanlar tətbiqinə başlanılıb. Artıq 3896 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Ümumiyyətlə, Neftçala rayonunun ərazisində 42800 baş iribuynuzlu, 140 min baş xırdabuynuzlu, 700 baş təkdırnaqlı, 3 min baş it, və 500 min baş ev quşu mövcuddur.
Neftçala rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması nəzərdə tutulub.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.