Prezidentdən xüsusi təyinatlı təhsil müəssisələri barədə FƏRMAN
    • 8-09-2023, 17:08
    • 706

Prezidentdən xüsusi təyinatlı təhsil müəssisələri barədə FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News24.az bildirir ki, bu Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483; 2016, № 9, maddə 1476; 2017, № 12 (I kitab), maddə 2307; 2021, № 2, maddə 123; 2022, № 3, maddə 213, № 12, maddə 1441) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın 4.4-cü bəndində "Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan" sözləri "Orta İxtisas Polis" sözləri ilə əvəz edilsin.