-
- 8-09-2023, 21:07
- 394
Kosmos sahəsinə tələbələrin marağını artırmaq məqsədilə müzakirələr aparılıb
Oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində 12 SABAH mərkəzinin rəhbərləri və Milli Aviasiya Akademiyasının tədris və metodiki şöbəsinin rəhbərliyi ilə görüş keçirilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Milli Kosmik Agentliyi – “Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin, SABAH qrupları layihəsinin üzvü olan Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Mühəndislik Universitetinin professor-müəllim heyəti ilə keçirilən görüşdə Konqresin texniki proqramı üçün elmi məqalələrini təqdim edən tələbələrin iştirakından bəhs edilib, kosmos sahəsinə tələbələrin marağını artırmaq və onları bu sahəyə həvəsləndirmək üçün birgə fəaliyyətlərin müzakirəsi aparılıb