-
- 9-09-2023, 12:35
- 487
Hindistan artıq YOXDUR
Hindistanın Baş naziri Narendra Modi G20 sammitinin ilk iclasında ölkəsini müəyyən etmək üçün “Hindistan” əvəzinə “Bharat” yazılan lövhədən istifadə edib.
News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hindistan Konstitusiyasına görə, ingilis və hind dilləri ölkənin rəsmi dilləridir. Üstəlik, ingiliscə ştat Hindistan, hindi dilində isə Bharat adlanır.
Qeyd edək ki,, sentyabrın 6-da Hindistanın xarici işlər naziri Subramaniam Caişankar bəyan edib ki, G20 sammitinin materiallarında ölkəsinə istinad etmək üçün Bharat sözünün işlədilməsi ştatın adının dəyişdirilməsi cəhdi deyil.
Aynurə