“Bakutel” 25 illik yubileyini qeyd edəcək
    • 13-03-2019, 15:15
    • 690

“Bakutel” 25 illik yubileyini qeyd edəcək

Bu il 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və səbirsizliklə gözlənilən sərgilərindən biri - Azərbaycan Beynəlxalq “Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar - Bakutel 2019” Sərgisi 25 illik yubileyini təntənəli şəkildə qeyd edəcək.

News24.Az xəbər verir ki, bu əlamətdar hadisə ilə əlaqədar “Bakutel” Sərgisi tədbirin həm innovativliyini, həm də dinamikliyini əks etdirən yeni korporativ imic ilə ziyarətçilərə təqdim olunacaq.

Bu il sərgi qonaqlarını daha geniş ekspozisiya sahəsi ilə yanaşı, daha çox sayda milli stend və İT sahəsinin texnoloji yenilikləri, eləcə də ən son nailiyyətlərinin təqdimatı gözləyir. Həmçinin təşkilatçılar xüsusi işgüzar və əyləncə proqramı, o cümlədən bir sıra əlavə tədbirlər hazırlayırlar. Sərgi çərçivəsində 4 dekabr tarixində 2-ci Beynəlxalq müzakirə platforması – Bakutel Tech Talks tədbiri keçiriləcək.

Bu unikal platforma aktual sənaye məsələlərini gündəmə gətirəcək, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq qurmağa kömək edəcək və sənaye peşəkarlarının diqqətinə innovativ məzmun təqdim edəcək.

Nigar Məmmədli