Prezident və xanımı "Bakutel-2019” SƏRGİSİNDƏ
    • 4-12-2019, 12:29
    • 783

Prezident və xanımı "Bakutel-2019” SƏRGİSİNDƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat xidmətindən News24.az-a məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma sərgi barədə məlumat verdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular