-
- 9-09-2023, 15:19
- 436
"Moskvanın ümidlərini doğrultmadı" - Vardanyanın növbəti PLANI
“Bir il əvvəl Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyan son açıqlamasında ilk dəfə deyib ki, Ermənistan hakimiyyəti dəyişdirilməlidir. Vardanyan baş nazir Nikol Paşiyanın adını çəkmədən onu bacarıqsızlıqda və qeyri-peşəkarlıqda ittiham edib. Vardanyan Paşinyanın hakimiyyətdə olduğu 5 ildə ermənilərə verdiyi heç bir vədi yerinə yetirmədini söyləyib. Vardanyan buna görə Paşinyanı devirmək istəyən bütün qüvvələrə dəstək verəcəyini ilk dəfə bəyan edib”.
News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Ruben Vardanyan Qarabağda istədiyinə nail olmadıqdan sonra gözünü Ermənistana dikib: “Qonşu dövlətdə hakimiyyət dəyişikliyində iştirak etmək istəyir. Elə Kremlin bir il əvvəlki planı beləydi ki, Ruben Vardanyanı Qarabağa göndərirlər, o burada Araik Arutunyanı əvəz edir, mövqeyini möhkəmlətdikdən sonra Ermənistana keçir və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırır. Vardanyan Moskvanın ümidlərini doğrultmadı. Kremlin və Vardanyanın planlarını Bakı pozdu. Buna baxmayaraq, Ruben Vardanyan Ermənistanda hakimiyyətə yiyələnmək hikkəsindən əl çəkməyib”.
Ayşən