-
- 9-09-2023, 16:45
- 223
BƏƏ Mərakeşə yardım üçün hava körpüsü inşa edir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 7 bal gücündə zəlzələ nəticəsində sarsılan Mərakeşə humanitar yardımın çatdırılması üçün hava körpüsünün qurulacağını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə "WAM" məlumat yayıb.
Məlumata görə, prezident Məhəmməd bin Zayed Əl Nəhyan Mərakeşdə zəlzələdən zərər çəkənlərə təcili humanitar yardımın çatdırılması üçün hava körpüsünün yaradılmasına göstəriş verib.
BƏƏ bunun ölkələr arasında qardaşlıq münasibətləri çərçivəsində bu ölkəyə verilən dəstəyin bir hissəsi olduğu bildirib.
Qeyd edək ki, dünən Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə 820 nəfər həyatını itirib.
Günəş Mərd