Gəncədən Türkiyəyə daha 5 TIR yardım yola salınıb
    • 16-02-2023, 19:36
    • 162

Gəncədən Türkiyəyə daha 5 TIR yardım yola salınıb

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan humanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.

Ümumi çəkisi 20 800 kiloqram olan hümanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə hümanitar yardımların toplanması davam etdirilir. /Report/