-
- 9-09-2023, 18:34
- 340
Füzuli istiqamətində erməni təxribatının QARŞISI ALINDI
Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Nazirlikdən News24.az-a verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.