Hər şeyə rəğmən komanda... - Canni De Byazı
    • 9-09-2023, 20:45
    • 324

Hər şeyə rəğmən komanda... - Canni De Byazı

Bu gün çox gərgin oyun olacağını bilirdik. Lakin hər şeyə rəğmən biz yaxşı çıxış etdik.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan-Belçika (0:1) oyunundan sonra mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazı deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komanda daha çox öz üzərində işləməlidir: “Belə rəqibə qarşı qol buraxmamalıydıq. Fikrimcə, komanda yaxşı oyun göstərdi. Sevindim ki, millinin prezidenti bizimlə gəlib görüşdü və oyundan razı qaldığını bildirdi. Ümumilikdə futbolçular öz vəzifələrini yaxşı şəkildə yerinə yetirdilər. Biz topla yaxşı oynayaraq, rəqibimizi yormaq istəyirdik. Buna da nail olduq”.

Millinin baş məşqçisi Rahil Məmmədovun oyunundan razı qaldığını vurğulayıb: “Belçikalı futbolçular fiziki cəhətdən güclü idilər. Rahil Məmmədovun isə təcrübəsi bizə lazım idi. Çempionatın bütün matçlarında iştirak edir. Bu gün də yaxşı çıxış etdi”.