Sumqayıtda yıxılaraq ölən gəncin FOTOLARI
    • 13-03-2019, 16:06
    • 969

Sumqayıtda yıxılaraq ölən gəncin FOTOLARI

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Sumqayıtda 26 yaşlı gənc hündürlükdən yıxılaraq dünyasını dəyişib.

41-ci məhəllədə yaşayan 1992-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsinə görə tonqal qalamaq üçün taxta toplayan zaman yıxılaraq dünyasını dəyişib.

Gənc dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

News24.Az mərhum Rauf Həsənquliyevin fotolarını təqdim edir: