Putin bu müharibəni artıq uduzdu - ABŞ
    • 10-09-2023, 23:14
    • 137

Putin bu müharibəni artıq uduzdu - ABŞ

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxiləsində artıq uduzub.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“O, Ukraynanı və onun suverenliyini xəritədən silmək və Rusiyaya birləşdirmək istəyirdi. Bu artıq uğursuzluqdur”, - deyə dövlət katibi bildirib.

Bir müddət əvvəl Kiyevdə səfərdə olan dövlət katibi yenə də əmindir ki, Ukrayna bu savaşda qalib gələcək.