-
- 11-09-2023, 10:32
- 261
Bəzi yerlərdə şimşək çaxıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən News24.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.
Qrız və Lerikdə duman müşahidə olunub.
Sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.