İsmayıllıda 44 yaşlı kişini öldürən şəxs tutuldu
    • 11-09-2023, 11:18
    • 157

İsmayıllıda 44 yaşlı kişini öldürən şəxs tutuldu

Ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs tutulub.

İsmayıllı rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.